Zaqatalaya istirahətə gedən Bakı sakinləri itkin düşüb. Hadisə ötən gün, iyulun 23-də, baş verib.
İki kişi turist Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gedərkən meşəlik ərazidə itkin düşüblər.
DİN-in Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, hazırda Rayon Polis Şöbəsi, FHN, ETSN əməkdaşları və ərazini tanıyan yerli sakinlərin iştirakı ilə onların axtarışları davam etdirilir.