3 gənc dənizdə batdı - Xilasedicilər axtarışa başlayıb

Fövqəladə Hallar Nazirliyi dənizdə 3 nəfərin batması ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, onlardan ikisi yeniyetmədir. Üçüncü şəxsin isə tələbə olduğu bildirilir. Yeniyetmələr Zarat kənd sakinləridir, tələbə isə Bakı şəhərində yaşayır. O, kəndə istirahətə gəlibmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ