Avtoritet "Emil 444"-in Bakıda boğazını kəsdilər - VİDEO + YENİLƏNİB

Bakı şəhər Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. 

Buta.media ONA-ya istinadla xəbər verir ki, mübahisə zəminində baş verən hadisə nəticəsində naməlum şəxs tərəfindən iki nəfər bıçaqlanıb. 

İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. 

Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaş aralığında olan Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb. 

Qeyd edək ki, əvvəllər "qanunsuz silah gəzdirmə" maddəsilə məhkum edilmiş Emin Səfərov yaşadığı binanın qarşısında "BMV" markalı şəxsi avtomobilində bıçaqlanıb.

Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb. 

Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

Qeyd edək ki, Səfərov Emil Ehtiram oğlu kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınırdı.

00:15

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

Buta.media Report-a istinadən xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ