Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu

Naxçıvan Muxtar Respublikasının (NMR) Babək rayonu ərazisindəki Uzunoba gölündə iki nəfər boğulub.

Batan şəxslər 1984-cü il təvəllüdlü Səadət Salman qızı Aslanlı, 1982-ci il təvəllüdlü Vüsal Əbülfəz oğlu Quliyevdir.

Onların meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb.

2010-cu il təvəllüdlü Murad Mahir oğlu Mehdiyev isə xilas olunaraq xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” hadisənin təfərrüatı barədə məlumat əldə edib. Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. 

Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ