Bakıda sərnişin avtobusu partladı - video

Bakıda 46 nömrəli marşrut avtobusunda partlayış baş verib.

Hadisə Köhnə Günəşli qəsəbəsində avtobusun sonuncu dayanacağında olub. 

Partlayışdan sonra avtobus tamam yanıb. Hadisə yerinə cəlb edilən FHN əməkdaşları yanğını söndürüblər.

İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ