“Mənim bir köşküm də yoxdur” - Əhəd Abıyev

İyulun 17-si Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Abıyevin işdən çıxarılmasından bir neçə saat sonra sosial mediada ona məxsus olduğu iddia edilən çoxsaylı əmlakları barədə məlumatlar yayılıb və ünvanlar qeyd edilməklə siyahı təqdim edilib.

Əhəd Abıyev isə gununsesi.info-ya müsahibəsində çoxsaylı əmlaklarının mövcud olması ilə bağlı məlumatları inkar edib. O, ümumiyyətlə hər hansı obyektinin olmadığını deyib:

“O siyahıda olan heç bir əmlakın mənə aidiyyəti yoxdur. Mənim bir köşküm də yoxdur. Mən 13 il Daşkəsəndə işlədim, orada bir dənə obyektim olmadı. Bunlar hamısı iftiradır”.

Qeyd edək ki, yayılan siyahıda dəyəri milyonlarla ölçülən Bakıda və Masallı rayonunda onlarla ev, obyekt, qeyri-yaşayış sahəsi qeyd edilmişdi.

Xatırladaq ki, Əhəd Abıyev 2011-2023-cü illərdə Daşkəsən RİH başçısı vəzifəsini icra edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ