Arvadının ölümünə dözmədi, özünü asdı

İsmayıllıda 1 ay əvvəl arvadının ölümünə dözməyərək özünü bıçaqlayan kişi bu gün intihar edib. 

“Qafqazinfo” xəbər verir ki, 44 yaşlı Pərviz Əliyev yaşadığı evin yaxınlığında məftillə özünü asıb.

Onun meyiti sakinlər tərəfindən aşkar edilib.

Qeyd edək ki, P.Əliyevin arvadı ötən ay xəstəlik səbəbindən vəfat edib. O, arvadının ölümünə dözməyərək intihara cəhd edib, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Uzun illər evli olmuş cütlüyün övladı olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ