Bakıda 10 günlük körpəni zibilliyə atan şəxs məlum oldu

Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.

Oxu.Az bildirir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusa atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ