Referendumla bağlı müzakirələrə qəti - Cavab

Millət vəkili Erkin Qədirli sosial şəbəkələrdə Azərbaycanda bir neçə ay sonra, payız fəslində referendumun keçiriləcəyi ilə bağlı açıqlama yayıb.

Deputat qeyd edib ki, referendum konstitusion islahatlarla bağlı olacaq:

“Tam yeni bir konstitusiyamı olacaq, yoxsa indikinə dəyişikliklər ediləcək? Ritorik sual deyil. İndiki konstitusiyada bir çox maddələrə əlavə və dəyişikliklərin edilməsi qadağandır. Konstitusiyanın mətni bunu aydın qadağan edir. Odur ki, əgər həmin maddələrə dəyişiklik etmək niyyəti varsa, onda gərək tam yeni bir konstitusiya qəbul olunsun. Bu, prinsipcə mümkündür, amma buna gediləcəkmi? Burasını söyləmək çətindir. Bu seçimin həm müsbət, həm mənfi yanları vardır. Riskləri də az deyil. İndiki konstitusiyaya dəyişikliklərin ehtimalı daha yüksəkdir".

Deputatın fikirləri sosial şəbəkədə geniş müzakirə yaradıb.

“Qafqazinfo”nun hakimiyyət mənbələrindən əldə etdiyi məlumata görə, referendumun keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə hər hansı bir plan, perspektiv nəzərdə tutulmayıb.

Mənbənin sözlərinə görə, E.Qədirlinin referendumun keçiriləcəyi və baş verəcək dəyişikliklərlə bağlı iddiaları onun şəxsi mülahizələridir. Belə bir məsələ yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ