Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ