Ailəsi ilə istirahətə gedən 14 yaşlı qız Kürdə batdı

Samuxda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yeni Kənd kəndində qeydə alınıb. 

Belə ki, Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü Aysel Süleymanova Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb. Nəticədə 14 yaşlı qız ölüb.

Meyit Kürdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, yeniyetmə qız ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ