Tolik deputatı biabır etdi - Popkorn satan uşağa görə

Aparıcı, prodüser Tarix Əliyev (Tolik) yeraltı keçiddə popkorn satan azyaşlının oradan uzaqlaşdırılmasına səbəb olan parlament üzvü Rasim Musabəyovun ünvanına sərt sözlər söyləyib.

Buta.media-nın məlumatına görə, Tolik instaqram səhifəsində deputatı kəskin tənqid edib.

“Bu millət vəkilini heç tanımıram. Millət üçün nə edib bilmirəm. Amma popkorn satan uşaq onu keçiddə narahat edibsə, bu uşağa başqa yerdə iş verəydi. Bu Ramazan ayında savab iş görməkdənsə kiminsə çörəyinə bais oldun. İnşallah, bu axırıncı millət vəkili statusun olar, gələn seçkilərdə səs verənlər bir daha öz seçdiyi namizədin ürəyinin və nə işlər gördüyünün şahidi olarlar! Ayıb olsun! Bu insanların qayğısına yalnız Cənab Prezident İlham Əliyev və Mehriban xanım yanır. Allah onları qorusun!” – aparıcı qeyd edib.

Tarix Əliyev həmin uşağa yardım edəcəyinə dair söz verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ