"Azercell"-ə qarşı daha bir ittiham

Jurnalist Sahilə Abbasova "Azercell" şirkətini dələduzluqda ittiham edib.

Buta.media-nın məlumatına görə, S. Abbasova öz facebook hesabında bildirib ki, "Azərcell" ondan xəbərsiz Zvuk tətbiqinə qoşub, buna görə də onun balansından pul silinib.

"Deməli, Azərcell məni xəbərsiz hansısa Zvuk tətbiqinə qoşub. Zəng etmişəm, deyir pulsuz kampaniyadır. Deyirəm axı hesabımdan pul çıxdı? Deyir, hə, pullu oldu sonra. Sizə sms gəlmədi? Bu qədər üzsüzlük yer üzü görməyib. Müştəridən xəbərsiz kampaniyaya əlavə et, sonra hesabından yenə xəbərsiz pul çıx, hələ bir de ki, "biz pullu olacağı haqda xəbərdarlıq etmişdik". Uzun çək-çevir, sübutlardan sonra məlum oldu ki, heç o xəbərdarlıq sms-i də göndərilməyibmiş. Təbii ki, etdikləri qanunsuzdur və çıxılan məbləğ geri qaytarıldı". 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ