Qoşa Qala qapıları bərpa olunur - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarının bərpasına başlayıb.

İdarədən Buta.media-ya verilən məlumata görə, bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Hazırda Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. 

Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ