Masallıda yanğın törədən şəxs müəyyən edildi - video

Masallıda yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hadisənin vətəndaş Anar Cəbiyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub.

Qeyd edək ki, yanğın iyulun 5-də Masallı şəhəri, H.Əliyev prospekti ərazisində kol-kos sahəsində baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ