Mayın 7-də ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda azərbaycanlı Nail Salamov evində uşaqlarının gözü qarşısında qətlə yetirilib.
Buta.media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisədən sonra 37 yaşlı Salamovun dost-tanışları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək haqqında müsbət rəylər bildiriblər.
Məlumata görə, N. Salamov 1982-ci ildə Azərbaycanda dünyaya gəlib. Mərhum Dövlət Neft Akademiyasını (ADNSU) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Pensilvaniya Dövlət Universitetində təhsilini bitirdikdən sonra bir müddət “Reading” bankında çalışıb. Son zamanlar isə “Citizens bank”da fəaliyyət göstərib.
Həyat yoldaşından ayrılan Nailin 8 və 10 yaşında Aydın və Yaqub adlı oğlu var. Məlum hadisədən sonra uşaqları anası öz yanına götürüb.
Qeyd edək ki, “gofundme” saytında N. Salamovun uşaqlarına maliyyə dəstəyi üçün ianə kampaniyasına başlanılıb. Toplanmış vəsait onun atası İlham Salamova təqdim ediləcək.