İsmayıllıda ağır qəza: ölən var

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat xidmətindən verilən xəbərə görə, hadisə gecə saatlarında Ruşan kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü Varis Ağayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra isə çökəkliyə düşüb. 

Nəticədə avtomobildə olan sərnişin - 36 yaşlı rayon sakini Samir Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər sərnişin Tərlan Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ