Qəbul imtahanlarının doğru cavabları daha “Space”də yayımlanmayacaq

Mayda keçiriləcək yaz qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları internet vasitəsilə canlı yayımlanacaq.

Buta.media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, cavablar imtahan keçirilən gün DİM-in Youtube və Facebook hesabları vasitəsilə iştirakçılara təqdim olunacaq. Eyni zamanda, abituriyentlərin sualları da cavablandırılacaq.

Xatırladaq ki, qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları ənənəvi olaraq “Space” televiziyasında yayımlanırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ