“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, birlik sədri bir neçə Vətən müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib. O, qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq)maddəsi ilə ittiham irəli sürülüb. Yaxın saatda onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.