“Azərbaycanın Hərbi doktrinasına dəyişiklik etmək lazımdır”.
Bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.
E.Mirbəşir ardınca qeyd etdi ki, Azərbaycan ərazisində separatizmə açıq dəstək verən Fransa ilə bağlı müvafiq məqamlar öz ifadəsini tapmalıdır:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev də Fransanın davranışları ilə bağlı münasibətini açıq bildirdi. Bütün bunlar bir daha Azərbaycan Respublikasının hərbi doktrinasında müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini göstərir”.