Gəncədə qadın qonşuları tərəfindən döyüldü

Gəncədə qadın döyülüb.

Buta.media xəbər verir ki, ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Cavad Xan qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşan 51 yaşlı Dilbər Məmmədova döyülüb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Xəstənin yaxınlarının sözlərinə görə, qadın qonşuları ilə arasında yaranan mübahisə nəticəsində bir neçə nəfər tərəfindən döyülüb.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanıb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ