ANAMA əməkdaşları qəzaya düşdü

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb.

Hadisə rayonun Aşağı Kürdmahmudlu kəndi ərazisində baş verib.

Nəticədə Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

ANAMA-dan bildirilib ki, hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ