Gələn ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası, Tərtər şəhəri-Talış kəndi (Tərtər rayonu daxili), Görədil qəsəbəsi-Xırdalan şəhəri (Abşeron rayonu daxili) və Güzdək qəsəbəsi (Abşeron rayonu)-Bakı şəhəri üzrə müntəzəm avtobus marşrutları üzrə müsabiqə keçirəcək.
Bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, Goradil-Xırdalan və Güzdək-Bakı marşrutları üzrə müsabiqə avqustun 3-də, digər marşrutlar üzrə müsabiqə isə avqustun 4-də keçirəcək.
Marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.