Nazim Baydəmirli saxlanıldı

Sabiq deputat Nazim Bəydəmirli saxlanılıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

“Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib. Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, - deyə DİN-dən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ