Nikahdankənar doğulan körpədən ailəsi imtina edir - video

Azərbaycanda qadını yeni doğulan körpəsi ilə evə buraxmırlar.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk səhifəsində məlumat verib. Onun sözlərinə görə, körpə 3 gün bundan qabaq dünyaya gəlib. 

Təşkilat sədri bildirib ki, ana bu gün xəstəxanadan çıxıb evinə getməli idi. Lakin qızın qardaşının sağlamlığı ilə əlaqəli problemləri var deyə, körpəyə xəsarət yetirəcəyindən narahat olan ailə yenidoğulmuş körpəni evə gətirməyə qoymayıb:

“Adını Elin qoyduq. Anası da bizimlədir...Bu gün xəstəxanadan zəng vurdular. Bildirdilər ki, ananı ailəsi qəbul etmir. Bildiriblər ki, uşaqdan imtina et sonra evə gəl. Qadın isə qismən xüsusi qayğılı biridir, uşağına sarılıb imtina etmədi. Gətirdik sığınacağa”.

Lent.az-ın əldə etdiyi məlumata görə, körpə qeyri-rəsmi nikahdan dünyaya gəlib.

Faktla bağlı hazırda araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ