Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hakan Fidan 5-6 iyul tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin XİN rəhbərlərinin iclasına qatılacaq.

Hakan Fidan iclas çərçivəsində Fələstin Nazirlər Komitəsi iclasına, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirə qatılacaq.

Hakan Fidanın həmkarları ilə ikitərəfli təmaslarının keçiriləcəyi qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ