Norveçin Azərbaycandakı səfirliyinin bağlanacağı tarix açıqlandı

Norveçin Azərbaycandakı səfirliyi may ayının ortalarında fəaliyyətinə xitam verir.

Bu haqda Buta.media-ya səfirlikdən bildirilib.

Son iş günü mayın 16-sı olacaq. Mayın 20-dən etibarən isə Azərbaycanla bağlı məsələlərlə Norveçin Ankaradakı səfirliyi məşğul olacaq.

Xatırladaq ki, ötən ilin noyabrında Norveçin Xarici İşlər Nazirliyi  Bakıdakı səfirliyini bağlamağı, əvəzində Gürcüstanda səfirlik açmağı qərara alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ