“Zəlzələ bölgəsində qızılgül bitməməlidir ki...”: Celal Şengörə cavab - video

“İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi? Xeyr! Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm. Zəlzələ bölgəsində zəlzələdən başqa nə olmalıdır ki?! Qızılgül bitməməlidir ki...”

“Qafqazinfo” xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib. 

“Fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə inanmayın”.

Qeyd edək ki, bir müddət əvvəl Celal Şengör Azərbaycanda 7,5 bal gücündə zəlzələ olması ehtimalını qeyd etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ