Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın barədə qərar verilib.
Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, 75 manat cərimə edilib.
11:03
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat xidməti bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.