“Zəlzələnin ən güclü hiss olunduğu rayon Xaçmaz olub”.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu AZƏRTAC-a bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində rayonda hər hansı fəsad, dağıntı qeydə alınmayıb.
Rayon mərkəzində çoxmərtəbəli binada yaşayan sakinlər arasında müəyyən narahatlıq yaşanıb.
Qeyd edək ki, bu gün saat 00:01-də Xəzər dənizinin şimal hissəsində, Azərbaycan sahilində 5,7 ballıq zəlzələ baş verib. Zəlzələ Bakı da daxil olmaqla, ölkəmizin şimal hissəsinin sahil ərazilərində hiss edilib.