Daha güclü zəlzələnin olma ehtimalı var? - Qurban Yetirmişli açıqladı

“Afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, 5.7 bal gücündə olan zəlzələ afterşoklarla davam edəcək:

“Vətəndaşları narahat edəcək durum yoxdur. İlk dalğa güclü oldu. Lakin onun kimi güclü təkan daha olmayacaq. Sosial şəbəkələrdə yazılanlara inanıb küçələrə çıxmasınlar. Hamısı boş şeylərdi. Xırda təkanlar olacaq, hiss edilməyəcək. Yavaş-yavaş vəziyyət stabilləşir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ