Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub. Paytaxtın bir çox ərazilərində yeraltı təkanların daha çox hiss olunduğu qeyd edilir. Zəlzələ Bakıdan 170 kilometr məsafədə 10 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkandan bir neçə saniyə öncə bəzi android istifadəçilərinin telefonuna bildiriş də gəlib.