Sabah Bakıda 35 dərəcə isti olacaq

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ