Nazir yeni rəis təyin etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nazim Mahmudov Xidmətin rəisi təyin edilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.

Qeyd edək ki, Nazim Mahmudov bundan öncə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ