23 yaşlı oğlanı sel apardı

Daşkəsəndə selə düşən 23 yaşlı oğlan ölüb.

Qafqazinfo-nun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib.

Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ