Mülki ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib.
Bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.