Bakıda xəstəxanada qadın ölüb.
Buta.media xəbər verir ki, Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şəhər sakini, 1979-cu il təvəllüdlü Lətafət Şirəliyevanın Babək prospekti 92 ünavnında yerləşən "Baku Medikal Plaza" xəstəxanasında ölməsi barəsində məlumat daxil olub.
İlkin araşdırmalar zamanı, Lətafət Şirəliyevanın mart ayında adı keçən xəstəxanada keysəriyyə əməliyyatı ilə doğum etdiyi, aprelin əvvələrində isə ağrıları yarandığı üçün xəstəxanada stasonar müayinəyə qəbul olduğu məlum olub. Mayın 6-da isə qadın xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Xətai rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.