Moskvada azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevə məxsus olan bazarlarda güc strukturlarının əməkdaşları tərəfindən kütləvi reydlərin başlamasından əvvəl məsələ prezident Vladimir Putinə məruzə olunub.
“Novaya qazeta”ya xəbər verir ki, martın 11-də Rosqvardiyanın əməkdaşları “Moskva” və “Sadovod” bazarlarını mühasirəyə alıblar.
Daha sonra FTX əməliyyatçıları və DİN-in iqtisadi cinayətlərə qarşı mübarizə İdarəsinin əməkdaşları “operativ-profilaktik tədbirlərin həyata keçirilməsi üçün” içəri daxil olublar. Tədbirin sonunda onlarla adam saxlanılıb, 19 nəfərin barəsində miqrasiya qanunvericiliyinin pozulmasına görə protokol tərtib ediblər.
Dünən isə belə reyd “Food City” nəhəng topdansatış bazasında keçirilib. Bəzi mənbələr bildiriblər ki, bu bazarlara reydlər Qod Nisanovun Kremlin qəzəbinə tuş gəlməsi ilə bağlıdır. Belə ki, ona Moskvada bir sıra yeni layihələri maliyyələşdirmək təklif olunub. Amma Nisanov bundan imtina edib. Və aktivlərini Rusiyadan çıxarır, daha bu ölkəyə pul qoymaq istəmir.
Virtualaz.org-ın məlumatına görə, qəzet yazır ki, “oblavaların” birinci günü prezident Vladimir Putin “Rosfinmonitorinq”in direktoru Yuri Çixançini qəbul edib.
Çixançin görüşün mətbuat açıq hissəsində Çixançin prezidentə nəğd pulların qeyri-leqal dövriyyəsi problemi ilə bağlı məruzə edib, bildirib ki, bu biznes başqa sektorlara, o cümlədən ticarətə keçir. Görüşün qapalı hissəsində isə “Rosfinmonitorinq”in rəhbəri prezidenti məlumatlandırıb ki, nəğd pulların qeyri-leqal dövriyyəsi əsasən “Moskva”, “Sadovod” və “Food City”də həyata keçirilir. Çixançin bu bazarlarda nəğd pulların dövriyyəsinin ayda 245 milyard dollar təşkil etdiyini bildirib.
Ötən ilin aprelində isə Rusiya Mərkəzi Bankının maliyyə monitorinqi departamentinin rəhbəri Yuri Polupanov həmin bazarlarda nəğd pul dövriyyəsinin ayda 600 milyard rubl təşkil etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu dövriyyədə kriptovalyutalardan istifadə olunur.
Qəzet həmin bazarlarda nəğd pulların kriptovalyutalara necə çevrilməsinin mexanizmini araşdırıb. Bildirilir ki, bu prosesdə “Moskva” ticarət mərkəzi ancaq logistika mərkəzi rolunu oynayır.
Bazarlardan birində işlərən kommersant sxemi belə izah edib: ““Moskva” ticarət mərkəzinin ərazisində boz bina var-beşmərtəbəli “Dostluq” mehmanxanası. Həmin binaya razılaşdırmadan girmək mümkün deyil. Zəng vurursan, razılıq əldə edirsən, səni girişdə qarşılayırlar və birinci mərtəbəyə aparırlar.
Orada dəhliz boyu otaqlar var, çinlilər oturublar. Dollarları qəbul edirlər, dərhal kompüterdə hansısa manipulyasiyalar edirlər və bitkoin alırlar. Bir anın içində onları Honkonqa köçürürlər, sən mal üçün sənəd alırsan və onu Rusiyanın istənilən nöqtəsinə gətirə bilərsən”.
Digər kommersant isə deyir ki, binanı çöldən “Vityaz” özəl mühafizə xidməti qoruyur. İçəridə isə bütün otaqlarda çinlilər məskunlaşıb. Maliyyə əməliyyatlarını aparanları isə çinli mühafizəçilər qoruyur.
Həmin “hesablaşma mərkəzi”ində sutkada 10-12 milyon dolların transferi həyata keçirilir. Məsələ belədir ki, əgər kimsə 10-15 min dollarlıq, hətta 30-40 min dollarlıq mal almaq istəyirsə hesablaşmanı “Moskva”da, yaxud “Sadovod”da həyata keçirmək olur. Daha yuxarı məbləğlər üçün isə “Dostluq”dakı mərkəzə getmək lazımdır.
Hazırda isə həmin mərkəz işləmir. Jurnalist içəri daxil olmaq istəyib, amma mühafizəçilər imkan verməyiblər. Məlum olub ki, “hesablaşma mərkəzi” iki həftəyə yaxındır bağlanıb. Çünki “qəfil yoxlama” barədə hələ ötən ilin payızından məlumalar sızdırılmışdı.
O vaxtdan mərkəz bir az bağlı qalıb, daha sonra fəaliyyətini bərpa edib. Amma fevralın ortalarında yenidən çinlilər “məzuniyyətə çıxıblar”, onlar avadanlıqları da harasa aparıblar. Əslində çinli maliyyəçilərin uzağa getmədikləri, “Dostluq”dakı otaqlarına çəkildiyi təxmin edilir.