ABŞ-də üçtərəfli görüş başlayıb

ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.

Bildirilib ki, görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.

Xatırladaq ki, Entoni Blinken bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşlər keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ