Bakının Zabrat qəsəbəsində iaşə obyektində partlayış olub. Hadisə “Gəncə təndiri” adlanan məkanda qeydə alınıb.
Partlayış nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan 3-ü həmin obyektin işçisi, 1-i müştəridir.
İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.
TƏBİB-dən bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.
Vəziyyətləri ağır olaraq qiymətləndirilir.