İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərli növbəti dəfə anası ilə əlaqə saxlayıb.
Dilarə Əsgərova “Qafqazinfo”ya açıqlamasında oğlunun vəziyyəti və saxlanma şəraiti barədə danışıb.
O bildirib ki, Fərid əvvəl tək adamlıq kameraya salınıb: “Sonradan onu çoxadamlı kameraya köçürüblər. Orda tez-tez həkim müayinəsindən keçirilir. Dediyinə görə, özünü yaxşı hiss edir. Fəridin sevgilisi də istintaqda dindirilib, onun əleyhinə ifadə verməyib.
Oğlum deyir ki, bu günə qədər nə eleyhinə ifadə verən olub, nə ortaya sübut qoyulub. Hər dəfə istintaqda eyni sual verilir, “Bir neçə dil bilən, Avropada təhsil alan adam, vəziyyətin pis vaxtı İrana niyə gəlib, səbəb nədir?””
D.Əsgərova iş üzrə məhkəmə prosesinin bitmək üzrə olduğunu, yaxın günlərdə hökm elan oxunacağını qeyd edib.