“Eynən bizdə Surət Hüseynovun qaldırdığı qiyam kimidir” - Azərbaycanlı deputat

“Rusiyada əsasən cinayətkarlardan ibarət silahlı dəstələr qanuni hakimiyyətə qarşı qiyam qaldırıb. Eynən bizdə 1993-cü ildə Surət Hüseynovun qaldırdığı qiyam kimidir”.

Bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında bildirib.

Millət vəkili qeyd edib ki, Rusiyanın həmin dövrdəki münasibətindən fərqli olaraq, biz Rusiyada qanuni hökuməti dəstəkləməliyik: 

“Çox istərdik ki, Rusiyada qanuni hökumət qan axıtmadan qiyamçıları tərksilah etsin. Rusiya bizim strateji tərəfdaşımız və böyük qonşumuzdur. Orada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir. Rusiyada 2 milyon azərbaycanlı, türk xalqları, 10 milyonlarla müsəlman yaşayır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ