Qazaxdan sel keçdi - Kəndlər su altında qaldı - Video

 

Qazaxda Coqaz çayından sel keçib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində rayon mərkəzinin bir hissəsini və ətraf kəndləri su basıb.

Təbii fəlakət zamanı Heydər Əliyev parkı və Qazax Diaqnostika Mərkəzinin ərazisi də subasmaya məruz qalıb.

Qeyd edək ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ