Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun həyat yoldaşı Nərmin Seyidova vəzifəsindən azad edilib.
Pravda.az-ın xəbərinə görə, o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışırdı.
Məlumata görə, sözügedən vəzifəyə hələ ki, təyinat olmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb. DİN məlumatı təkzib edib və yayılan iddiaların həqiqətə uyğun olmadığını bildirib.