Bayramov: İlin sonuna qədər Ermənistanla sülh sazişi bağlana bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ildə Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasının mümkün olduğunu bildirib.

“Əgər İrəvan öz iradəsini ortaya qoyub, nəinki bəyanatlar versə, həm də bəzi əməli addımlar atsa, hesab edirəm ki, ilin sonuna qədər razılığa gəlmək mümkündür”, - Bayramov “Reuters” agentliyinə müsahibəsində bildirib.

Diplomat bundan əvvəl sülh danışıqlarında müəyyən irəliləyişlərin əldə edildiyini və rəsmi Bakının sənədi imzalamağa çalışdığını vurğulayıb.

“Niyə Ermənistanın baş nazirinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü faktiki olaraq tanıdığını deməsi iki il yarım (müharibə bitəndən – red.) çəkdi?”, - XİN rəhbəri sual verib.

O, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması probleminin həll olunmadığını da vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ