Bakıda tələbələr kütləvi şəkildə zəhərləndi

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə  gətirilib.

 

Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

 

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Digər 5 nəfər Toksikologiya mərkəzindədir. Onların həyatı üçün təhlükə yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ