Azərbaycanda nişanlı cütlük özünü asdı - Biri xilas edildi

Goranboyda nişanlı cütlük özlərini asıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

25 yaşlı Ceyhun Məmmədovun asılmış meyiti aşkar edilib, nişanlısı isə yaşadığı evin toyuq hinində özünü asarkən son anda anası tərəfindən xilas edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ceyhun Məmmədovun FHN əməkdaşı olub, yanğınsöndürən işləyirmiş.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ