Gədəbəydə jurnalistlər saxlanılıb? - DİN açıqlama verdi

Sosial şəbəkələrdə Gədəbəyin Söyüdlü kəndi ərazisində çəkiliş apardığına görə jurnalistlərin polis tərəfindən saxlanması barədə məlumatlar yayılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil:

“Bildirmək istəyirəm ki, heç bir jurnalist saxlanılmayıb”.

Qeyd edək ki, Gədəbəydə jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin saxlanılması və Rayon Polis Şöbəsinə aparılması barədə məlumatlar yayılmışdı..

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ