Zaqataladan sel keçib, Daşkəsənə dolu düşüb - video

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində faktiki hava şəraitini açıqlayıb.

Xidmətin saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Göygöl, Balakən, Beyləqan, Daşkəsən, Gədəbəy, İmişli, Cəfərxan, Sabirabad rayonlarında və Abşeron yarımadasında 4 mm-dək olub.

Yağan leysan xarakterli yağış nəticəsində bu gün saat 08:00 radələrində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.

Saat 08:18-də Daşkəsən rayonunda diametri 13 mm olan dolu düşüb.

Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iyunun 21-də iqlim normasından 1 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 15, Aran rayonlarında 31 dərəcəyədək isti olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ