Ötən gün axşam saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2km aralı, nəzarətsiz ərazidə 2 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in dalğıc-xilasediciləri dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb.
FHN-dən verilən məlumata görə, küləkli hava şəraiti və dənizin dalğalı olmasına baxmayaraq, FHN-in dalğıc-xilasediciləri axtarış işlərini fasiləsiz olaraq davam etdirirlər. Hazırda axtarış işləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.